- Baxış sayı: 44
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 139
- Fevral 06, 2026
- 0

Premyer liqada çıxış edən klublar tərəfindən əmək haqlarına sərf olunan vəsaitin məbləği 26 faiz artıb. Allsport.az saytı xəbər verir ki, bu barədə AFFA-nın lisenziyalaşdırma qrupunun növbəti illik hesabatında qeyd olunub.
Sənəddə, 2016-cı ildə klubların ümumi gəlirləri bir il əvvələ nisbətən 23 faiz çoxaldığı bildirilir. Ötən il himayədarlardan daxil olmalar komandaların ümumi gəlirlərinin 58 faizini təşkil edib. 2015-ci ildə isə bu rəqəm 77 faiz olub. UEFA-dan köçürmələr 20 faizdən 37 faizədək yüksəlib.
Qurumun hazırladığı hesabatda klubların 2015-ci illə müqayisədə, 2016-cı ildə ölkə çempionatı matçlarına bilet satışından əldə etdikləri ümumi gəlirin 80 faiz, UEFA-nın yarışları üzrə 52 faiz azaldığı bildirilir.