- Baxış sayı: 29
- 24 Noyabr 2024 11:25
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Bu gün “Hilton” mehmanxanasında millimizin yeni baş məşqçisi Fernandu Santuşun mətbuat konfransı keçirildi. Allsport.az saytı xəbər verir ki, 69 yaşlı portuqaliyalı mütəxəssis yaxın gələcək barədə bunu dedi:
“Bizim ümumi vəziyyət barədə danışmağa çox vaxtımız olacaq. Etimada görə təşəkkür edirəm. Qarşılıqlı anlaşma birgə layihələri həyata keçirilməsinə imkan verir.
Zənimcə, klublarla əl-ələ verib işləməklə böyük uğurlara nail ola biləcəyik. Mənə ayrı təkliflər də vardı. Xoşbəxtlikdən, AFFA-nın üzərində dayandım.
Milli komanda hazırda ilk yüzlükdən kənardadır. Çalışacağam ki, dünya reytinqində irəliləyək. Müqavilə bağlayanda bu durum motivasiyada böyük rola oynadı.
Ailəmlə birgə Azərbaycanda yaşayacağam. Mənim burda gün keçirmək, işi yola vermək, az müddətdə yaşamaq və sonda heç nə olmamış kimi yollanmaq niyyətində deyiləm”.