- Baxış sayı: 41
- 30 Mart 2026 21:25
- Baxış sayı: 496
- Mart 30, 2026
- 0

“Qarabağ” konfrans liqasının qrup mərhələsində məğlub olmayan 10 komandadan biridir.
Allsport.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. Hesabında 2 qələbə və 1 heç-heçə olan “köhlən atlar” təkcə Belçikanın “Gent” klubundan geri qalır. “Gent” B qrupunda keçirdiyi üç oyunun hamısında qələbə qazanıb.
Siyahıda “Qarabağ” və “Gent”lə yanaşı, Avstriyanın LASK, İsveçrənin “Bazel”, Norveçin “Bude-Qlimt”, İsrailin “Makkabi” (Təl-Əviv), Fransanın “Lill”, Yunanıstanın PAOK, Niderlandın “Feyenoord” və “Alkmaar” komandaları da var.
“Qarabağ” konfrans liqasının dünən keçirilən 3-cü turunun oyununda Bakıda Qazaxıstan “Kayrat”ı üzərində 2:1 hesablı qələbə qazanıb.