“Köhlən atlar” və “ağ-qaralar” üçün əlamətdar oyun

“Qarabağ” və “Neftçi” Azərbaycan çempionatları tarixində 900-cü oyununu keçiriblər.

Allsport.az xəbər verir ki, yubiley premyer liqanın 11-ci turuna təsadüf edib.

32-ci mövsümdə 900 oyun sayına çatan yubilyarların hər ikisi əlamətdar matçda uduzub. “Neftçi” “Sabah”a 0:1, “Qarabağ” isə “Araz-Naxçıvan”a 1:2 hesabı ilə məğlub olub.

Bu, 900 qarşılaşmada 518 qələbə qazanıb, 208 heç-heçə edən Ağdam klubunun 174-cü məğlubiyyəti olub. Bakılılar isə 507 qələbə və 198 heç-heçə etdikləri dövrdə 195-ci dəfə xalsız qalıblar.

Həmin kateqoriyadan