- Baxış sayı: 44
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 139
- Fevral 06, 2026
- 0

Azərbaycan çempionatları tarixində “Qarabağ”la “Neftçi” arasında keçirilən 85-ci oyunda 6-cı darmadağın qeydə alınıb.
Allsport.az saytının məlumatına görə, Ağdam təmsilçisi Azərbaycan derbilərində 5-ci dəfə “ağ-qaralar”ı 3 və daha çox top fərqi ilə məğlub edib.
Rəqib qapısından 4 cavabsız top keçirən “Qarabağ” 1992-ci ildən başlayan rəqabətdə ilk dəfə “Neftçi” üzərində 4:0 hesablı qalibiyyətə sevinib. 2011-ci ildə 3:0, 2014-cü ildə 4:1, 2016-cı ildə 3:0 və 2020-ci ildə 6:0-lıq darmadağınlarla yadda qalan Ağdam təmsilçisi təxminən birillik fasilədən sonra yenidən rəqibini biabır edib.
Son olaraq ötən il noyabrın 8-də 0:6 hesabına üzülən “Neftçi” 355 gündən sonra eyni halla üzləşib. Növbəti darmadağın 1 ilin tamamına 10 gün qalmışa təsadüf edib.
“Neftçi” tarixi ərzində “Qarabağ” üzərində yeganə böyükhesablı qələbəsini 21 il əvvəl – 2000-ci ildə (4:0) qazanıb.