- Baxış sayı: 32
- 24 Noyabr 2024 22:46
- Baxış sayı: 98
- Noyabr 21, 2024
- 0
Azərbaycan çempionu “Qarabağ”ın futbolçuları ölkə yığmalarında dəvət alıblar.
Allsport.az xəbər verir ki, komandanın 6 legioneri bu imkanı qazanıb.
Marko Yankoviç və Marko Veşoviç Monteneqro yığmasının düşərgəsinə yollanıblar. Onların heyətində olduğu milli martın 21-də Belarus, 4 gün sonra Şimali Makedoniya ilə yoldaşlıq görüşündə qüvvəsini sınayacaq.
Yassin Benzia Əlcəzair, Patrik Andrade isə Kabo-Verde millisinə çağırılıb. Yassın martın 23-də Boliviya, 4 gün sonra CAR-la, Patrik isə martın 21-də Qayana, 4 gün sonra Ekvatorial Qvineya ilə matçlarda qüvvəsini sınayacaq.
İki il yarımdan sonra Rusiya millisinə qapıçı çağırılan Andrey Lunyov martın 21-də Serbiya, 25-də Paraqvayla qarşılaşmalarda forma geyinmək şansı əldə edib. “Qarabağ”ın digər qapıçımız Luka Quqeşaşvilinin yer aldığı Gürcüstan millisi AVRO-2024-ün pley-off matçına çıxacaq. Gürcüstan martın 21-də Lüksemburqla görüşdə qalib gəlsə, final mərhələsinə vəsiqə üçün həlledici matça çıxacaq.