- Baxış sayı: 31
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 227
- Fevral 04, 2026
- 0

“Qarabağ” Avropa liqasının qrup mərhələsində ardıcıl 2-ci qələbəsini qazanaraq Azərbaycana UEFA reytinqində növbəti xalları qazandırıb.
Allsport.az xəbər verir ki, Ağdam təmsilçisinin Höteborqda İsveçin “Hakken” klubuna 1:0 hesabı ilə qalib gəlməsi ölkə reytinqinə daha 0,500 əmsal əlavə edib.
Bununla ölkənin cari mövsümdəki əmsalı 3,625-ə çatıb. Son 5 mövsümdəki ümumi əmsallarının sayı 17,875-dir. Hazırda 29-cu pillədə qərarlaşan Azərbaycan reytinqdə Slovakiya və Bolqarıstandan cəmi 0,500 əmsal, yəni bir qələbə sayı geri qalır.