- Baxış sayı: 195
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 195
- Dekabr 05, 2025
- 0

Kolumbiyanın “Atletiko Bukaramanqa” klubundan ayrılan Alexandro Bernal Azərbaycandan təklif aldığını açıqlayıb. Allsport.az xəbər verir ki, 31 yaşlı dayaq yarımmüdafiəçi “Liga Deportiva”ya açıqlamasında təklif aldığı klubunu adını söyləməyib:
“Hətta Azərbaycandan da təkliflər almışam. Amma diqqətli olmaq və hər şeyi götür-qoy etmək lazımdır”.
Kolumbiyalı futbolçu 2016-cı ildə “Atletiko Nasional” ilə Libertadores kubokunun qalibi olub.