“Komanda ilə rəhbərliyin bir ailə olması böyük gücdür”

“Neftçi” güclülər dəstəsinin 27-ci turunda öz meydanında “Araz-Naxçıvan”a 3:1 qalib gəlib. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında “ağ-qaralar”ın baş məşqçi Yuri Vernidubun qələbəni belə şərh edib:

““Neftçi” ilk hissədə çox gözəl oyun göstərdi. Ən azı 6 qol şansımız var idi ki, dəyərləndirə bilmədik. İkinci hissənin ilk 15 dəqiqəsini də yaxşı keçirdik, hətta 2-ci qolu da vurduq. Lakin 2:0-dan sonra futbolçular arxayınlaşdılar.

60 dəqiqə ərzində rəqibə pressinq tətbiq etməyi bacardıq. Çox işləməliyik və çalışmalıyıq ki, futbolçuların fiziki durumu daha yaxşı olsun. Hər bir halda, öz işlərinə peşəkar yanaşdıqları üçün onlara minnətdaram.

Klub rəhbərliyinə də təşəkkür edirəm. Çünki onlar futbolçulara çox böyük dəstək göstərirlər ki, bunun da nəticəsi göz önündədir. Komanda ilə rəhbərliyin bir ailə olması böyük gücdür”.

Həmin kateqoriyadan