Stolüstü tennisçilərimiz Türkiyə super liqasında

Stolüstü tennisçilərimiz Türkiyə super liqasında

Seçmənin üzvləri Zemfira Mikayılova ilə Mərziyyə Nurmətova növbəti dəfə “Masader Spor Klubu” tərəfindən dəvət alıb. Allsport.az saytı xəbər verir ki, idmançılarımız yarışın 2-ci turunun oyunlarında sözügedən komandanın uğurları üçün çalışacaqlar.

Ankara təmsilçisi Türkiyə çempionatının iddialı komandalarından sayılır və bu mövsüm də mükafatlar uğrunda mübarizə aparmaqdadır.

Stolüstü tennisçilərimizin qardaş ölkədə çıxışına gəldikdə isə, ASTF-nin bu təklifi müsbət qarşılaması, idmançıların oyun təcrübəsinin artırılması və qarşıdakı beynəlxalq yarışlara hazırlıq məqsədi daşıyır.

Həmin kateqoriyadan