“Komanda qapıçımıza tam güvənir”

Argentina yığmasının baş məşqçisi Lionel Skaloni 2024-cü il kubokunun 1/4 finalında Ekvadoru penaltilər seriyasında məğlub etdikdən sonra (4:2, əsas vaxt 1:1) fikirlərini bölüşüb.

Allsport.az xəbər verir ki, bu barədə o, “Tyc sports”a açıqlama verib:

“Penaltilər seriyasında komanda qapıçımıza tam güvənir və bu çox vacibdir. Leo Messi uğursuz olsa belə, komanda müsbət bir şeyin olacağını bilir.

Müsbət cəhət odur ki, biz irəliləmişik. Biz, əlbəttə ki, xoşbəxtik, amma bu dəfə oyundan çox da razı deyiləm”

Həmin kateqoriyadan