“Komandamız azlıqda qalsa da, nizam-intizama üstünlük verdi”

“Kəpəz” premyer liqanın 25-ci turunda səfərdə “Sabah”a 0:2 yenilib. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında qonaqların baş məşqçisi Tərlan Əhmədov bunu deyib: “İki uğurlu oyundan sonra səfərə də eyni nəticə üçün gəlmişdik. Minimum bir, maksimum üç xal götürmək istəyirdik. İlk 15 dəqiqə də göstərdi ki, komandamız məğlub olmağa yox, qalib gəlməyə gəlib.

Meydançada baş verəcək hadisələri əvvəlcədən bilmək olmur. Komandamız azlıqda qalsa da, nizam-intizama üstünlük verdi. Çalışdıq ki, oyunu bərabərləşdirək. Epizodlarımız da oldu. Amma azlıqda qalanda belə komandalara qarşı oynamaq çətindir. İstər-istəməz rəqib evdə oynayır, səviyyə, maddi və digər baxımdan bizdən üstündür.

Buna baxmayaraq mübariz bir komanda formalaşır. Uşaqlar uduzmaq yox, qalib gəlmək üçün çalışırlar. Oyunda rəqibə hər tərəfli başağrısı olduqları üçün onlara təşəkkür etdim. Bizi 6 gündən sonra çətin oyun gözləyir. “Zirə” ilə görüşə ciddi hazırlaşmalıyıq”.

Həmin kateqoriyadan