“Komandanın qarşısına 6 xal qazanmaq tapşırığı qoyulmuşdu”

“Araz-Naxçıvan” premyer liqanın XXV turunda səfərdə “Şamaxı”dan güclü olub – 1:0.

Allsport.az xəbər verir ki, görüşdən sonra muxtar respublika təmsilçisinin çalışdırıcısı Andrey Demçenko bunu deyib: “Fasilə ərəfəsində keçirilən son iki oyunda komandanın qarşısına 6 xal qazanmaq tapşırığı qoyulmuşdu. Buna nail olduğumuza görə həm futbolçuları, həm də texniki heyəti təbrik edirəm.
Oyuna gəldikdə, iki fərqli hissə keçirdik. Birinci hissədə daha yaxşı oynadıq, top saxladıq. İkinci hissənin ortalarından sonra rəqib epizodlar yaratdı. Görüş heç-heçə də başa çata bilərdi. Müdafiədə yaxşı oynadıq, onlara epizodlarını realize etməyə imkan vermədik.
Qarşıdakı fasilədən maksimum yararlanacağıq. Çünki bizi daha çətin qrafik gözləyir. Buna qədər yoxlama oyunu da keçirməyi düşünürük”.

Həmin kateqoriyadan