- Baxış sayı: 42
- 05 Dekabr 2025 23:20
- Baxış sayı: 42
- Dekabr 05, 2025
- 0

İbrahima Konate ötən mövsümü “Liverpul” üçün uğursuz adlandırıb.
Allsport.az xəbər verir ki, “Liverpul” çempionlar liqasında 4 xal geri qalaraq turnir cədvəlini 5-ci yerdə tamamlayıb.
“Mövsümə olduqca çətin başladıq. Son iki ayda üzərimizə böyük təzyiq olanda özümüzə deyirdik: “Məqsədimiz çempionlar liqasıdır”.
Problem bizdə, oyunçulardadır. Belə şeylər hər mövsüm olur və bizi həmişə dəstəkləyən azarkeşlərimiz olduğu üçün şanslıyıq.
Mövsüm bitdi və artıq bu barədə düşünməyə ehtiyacımız yoxdur. Biz buraxdığımız səhvləri xatırlamalı və növbəti mövsüm haqqında düşünməliyik. Əminəm ki, hər şey çox yaxşı olacaq” – “Liverpul”un müdafiəçisi bildirib.