KONKAKAF-ın ən yaxşısı seçildi

Martın 25-nə keçən gecə KONKAKAF millətlər liqasının finalı baş tutub və ABŞ komandası Meksikaya 2:0 hesabı ilə qalib gəlib.

Allsport.az xəbər verir ki, matçın ikinci qolunu 21 yaşlı yarımmüdafiəçi Covanni Reyna vurub və nəticədə o, turnirin ən yaxşı oyunçusu kimi “Qızıl top”u alıb.

Yamayka ilə yarımfinal oyununda (3:1) Reyna iki məhsuldar ötürmə etmişdi.

Amerikalı yarımmüdafiəçi hazırda icarə əsasında “Nottingem Forest”də çıxış edir. Onun müqaviləsi Dortmund “Borussiya”sına məxsusdur.

Həmin kateqoriyadan