- Baxış sayı: 153
- 06 Aprel 2026 12:30
- Baxış sayı: 52
- Aprel 10, 2026
- 0

Atçılıq federasiyasının təqvim planına əsasən, 14-14 apreldə konkur üzrə “Bahar” kuboku keçiriləcək. Allsport.az saytı xəbər verir ki, Novxanı qəsəbəsində “Sərhədçi” atçılıq mərkəzində qələbə uğrunda “Omar”, “Sərhədçi”, “Murad” və “Elite” klublarını, həmçinin atçılıq və Müasir beşnövçülük üzrə ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbini təmsil edən 20-dən artıq iştirakçı mübarizə aparacaq.
Çaparlar 3 dərəcədə – hündürlüyü 90 sm (“A”), 115 sm (“L”) və 125 sm (“M”) olan maneələrin dəf etməyə çalışacaqlar. Hər nominasiyada ilk 5 yeri tutacaq iştirakçılara mükafatlar təqdim olunacaq.