- Baxış sayı: 37
- 05 Dekabr 2025 23:20
- Baxış sayı: 37
- Dekabr 05, 2025
- 0

“Tottenhem”in baş məşqçisi Antonio Konte yayda klubdan ayrılmaq niyyətindədir.
Allsport.az xəbər verir ki, komandanın futbolçuları onu qane etmir.
Müyəxəssis yanvar-fevral aylarından bəri oyunçularına hirslənib. Bu səbəbdən o, hələ 2023-cü ilin yayına kimi qüvvədə olan müqavilənin uzadılması üçün London təmsilçisi ilə konkret danışıqlar aparmayıb. Bu mövzuda ünsiyyət heç vaxt təkmil mərhələyə çatmayıb.
Antonio mövsümün sonuna qədər gözləmək və gələcəklə bağlı o dəqiqə qərar vermək istəyirdi. Lakin italiyalı məşqçinin qərarı dəyişib. O, mövsümün sonunda klubdan ayrılacaq. Böyük ehtimalla, Konte İtaliyaya qayıdacaq.