- Baxış sayı: 30
- 29 Mart 2026 21:40
- Baxış sayı: 152
- Mart 29, 2026
- 0

“Tottenhem”in baş məşqçisi Antonio Konte bu həftə istefaya göndərilə bilər. Allsport.az saytı xəbər verir ki, italiyalının davranışı prezident Daniel Levinin təmsil olunduğu klub rəhbərliyinin xoşuna gəlməyib.
İngiltərə premyer liqasında “Sauthempton”la 3:3 hesablı qələbədən sonra, o, futbolçuları və klubu sərt tənqid edib. Mütəxəssisin yerini müvəqqəti olaraq Joze Mourinyunun gedişindən sonra bunu etmiş Rayan Meyson tutacağı güman edilir.