- Baxış sayı: 76
- 27 Mart 2026 23:30
- Baxış sayı: 110
- Mart 27, 2026
- 0

“Yuventus”un və İtaliya millisinin sabiq baş məşqçisi Antonio Konte tezliklə “Milan”a rəhbərlik edəcək.
Allsport.az xəbər verir ki, o, mövsümün sonunda Stefano Piolini əvəz edəcək. İtaliyalı mütəxəssis “rossonerli” rəhbərliyinin təklif etdiyi şərtləri artıq qəbul edib.
Kontenin son komandası “Tottenhem” olub. İtaliyalı mütəxəssis London klubunu ötən il martın sonunda tərk edib.