- Baxış sayı: 168
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 168
- Dekabr 05, 2025
- 0

Bu gün çempionlar liqasının pley-off mərhələsinin püşkü atılıb. Allsport.az saytı xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə “Qarabağ”ın rəqibi müəyyənləşib.
Səpələnməmişlər səbətində yer alan Ağdam təmsilçisinin 5 ehtimal rəqibi vardı. Bunlar “Maribor” (Sloveniya), “Kopenhagen” (Danimarka), “Seltik” (Şotlandiya), APOEL (Kipr) və “Olimpiakos” (Yunanıstan) klubları idi.
Nəticədə, çempionumuzun püşkünə adı 2-ci çəkilən komanda düşüb. “Kopenhagen” ilə ilk oyun Bakıda olacaq. Pley-offun 1-ci görüşləri 15-16, cavab matçları 22-23 avqustda keçiriləcək.