- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilov İspaniyanın Sequnda liqasında çıxış edən “Kordoba”ya transferindən danışıb. Allsport.az xəbər verir ki, o, İspaniya mətbuatına açıqlamasında bunları söyləyib:
“Malyorka”, “Real Saraqosa” kimi komandalara da keçə bilərdim. Amma “Kordoba”da əsl rəqabətədavamlı komanda formalaşıb. “Kordoba”nın ev oyunlarını keçirdiyi arena da məndə həmişə yaxşı təəssüratlar yaradırdı. Bunu hələ “Mursiya”da çıxış etdiyim dövrdən görmüşdüm. Buraya ona görə gəldim ki, komandanın La Liqaya çıxmasına kömək edim. “Kordoba”da mütəmadi oynasam, Azərbaycan yığmasının məşqçiləri də məni başa düşər. Mənim millinin baş məşqçisi Robert Prosineçki ilə çox yaxşı münasibətim var”.
Qeyd edək ki, martın 26-da Azərbaycan yığmasını Antalyada (Türkiyə) Qazaxıstanla yoxlama oyunu gözləyir. Martın 27-də isə “Kordoba” əsas rəqiblərindən olan “Alaves”lə qarşılaşacaq. Böyük ehtimalla, Eddi həmin dövrdə klubunda qalmağa çalışacaq.