- Baxış sayı: 29
- 23 Aprel 2025 22:37
- Baxış sayı: 63
- Aprel 23, 2025
- 0
Bu gün Qətərdə futbol üzrə dünya çempionatının 3-cü turuna yekun vurulacaq. Allsport.az saytı xəbər verir ki, “H” qrupunda Qana oyunun əvəllində Uruqvaya qarşı penalti qazansa da, bunu yerinə yetirə bilməyib.
Əvəzində, güney amerikalılar 2 qol vuraraq, elə ilk yarıda matçın taleyini həll ediblər. Amma qələbəyə rəğmən 2-qat dünya çempionu 4 xalla qrupda qalıb.
Top fərqinə görə Portuqaliya millisini 2:1 üstələyən Koreya futbolçuları portəgizlərlə 1/8 finala adlayıblar. Pireney təmsilçisi ötən tur 2-ci qələbəsini bayram edərək vaxtından əvvəl mərhələni özünə təmin etmişdi.