- Baxış sayı: 36
- 29 Mart 2026 21:40
- Baxış sayı: 152
- Mart 29, 2026
- 0

Andreas Kornelius 2022-ci ilin yay transfer pəncərəsində “Trabzonspor”dan “Kopenhagen”ə getdiyi üçün peşmandır.
Allsport.az xəbər verir ki, hücumçu axtardığı oyun şansını “Kopenhagen”də tapa bilmir. Danimarka liqasında son 3 oyunda heyətə daxil edilməyən Kornelius sadəcə kubok oyununda 3-cü liqada çıxış edən “Tised”ə 2 qol vura bilib.
Ona görə də Kornelius “Trabzonspor”dan ayrıldığına görə xoşbəxt deyil. O, ötən mövsüm “Trabzonspor”la birlikdə Türkiyə superliqasında çempionluq yaşamışdı.