- Baxış sayı: 33
- 04 Fevral 2026 23:39
- Baxış sayı: 146
- Fevral 04, 2026
- 0

Lüksemburq millisinin əsas qapıçısı Antoni Morisin Bakıda Azərbaycana qarşı keçiriləcək 2022-ci il dünya çempionatının seçmə oyununda iştirak etməyəcəyi dəqiqləşib.
Allsport.az xəbər verir ki, Belçikanın Union klubunda çıxış edən 31 yaşlı qolkiperin koronavirus testinin cavabı müsbət çıxıb. Onun əvəzinə yığmaya “Fola” komandasının üzvü Manu Kabral cəlb olunub.
Daha əvvəl Norveçin “Brann” klubundan digər qapıçı Ralf Şonun ata olacağı üçün Bakıya gəlməyəcəyi açıqlanıb.
Noyabrın 11-də Azərbaycanın qonağı olacaq Lüksemburq millisi bundan 3 gün sonra İrlandiyanı qəbul edəcək.