“Kral klubu”nda itki

La liqanın 20-ci turunda “Xetafe”, “Real”a 0:2 hesabı ilə məğlub olub.

Allsport.az xəbər verir ki, “Real”ın yarımmüdafiəçisi Aurelien Tçuameni son dəqiqədə kobud oyuna görə sarı vərəqə alıb. Bu, onun çempionatda 5-ci vərəqəsi olub. Bu səbəbdən o, avtomatik olaraq cəzalı duruma düşüb. Nəticədə, “kral klubu” növbəti tur “Atletiko” ilə oyuna itki ilə çıxacaq.

“Real Madrid” – “Atletiko” matçı fevralın 5-də, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Həmin kateqoriyadan