Kral kubokunda qələbə doğma stadionda qeyd edildi

“Atletik” 40 ildən sonra ilk dəfə kral kubokunu qazanıb.

Allsport.az xəbər verir ki, ötən gün Bilbao klubu “Malyorka”nı penaltilər seriyasında məğlub edib (1:1, 4-2).

Oyun Sevilyadakı olimpiya stadionunda baş tutub. “Atletik” azarkeşləri oyunu “San Mames”in ev arenasında izləyiblər. 53 min tamaşaçı tutumu olan stadion tam dolub. Azarkeşlər oyunu böyük ekranlarda izləyiblər və sevimli komandalarının 1983/84 mövsümündən bəri ilk çempionluğunu qeyd ediblər.

Həmin kateqoriyadan