“Kriştianu bizim kapitanımızdır”

Portuqaliya millisinin baş məşqçisi Roberto Martinez Avro-2024-ün 1/8 finalında Sloveniya ilə oyundan (0:0, qələmlə 3:0) sonra kapitan Kriştianu Ronaldunu dəstəkləyib.

Allsport.az xəbər verir ki, oyunun 105-ci dəqiqəsində Portuqaliyanın lehinə penalti təyin olunub. Hücumçu Kriştianu nöqtəyə yaxınlaşsa da, onun zərbəsini Yan Oblak dəf edib. Narazı portuqaliyalı qaçırılan andan sonra hətta göz yaşlarına boğulub.

“Ronaldo penaltini qaçırdı və sonra seriyalar başlayanda həlledici rol oynadı, yolu açdı. Bu, soyunub-geyinmə otağından birliyin qələbəsi idi və Kriştianu bizim kapitanımızdır və o göstərdi ki, həyatda və futbolda çətin məqamlar olur və biz təslim ola bilmərik”.

Həmin kateqoriyadan