FOTO
Ronaldunun daha bir naməlum sevgilisi. O, Kriştianudan çox böyük idi

Allsport.az xəbər verir ki, “Əl-Nəsr”in ulduzu Kriştianu Ronaldu dünyanın tanınmış futbolçularından biridir. Karyerası kimi şəxsi həyatı da gözlər önündə olan hücumçu bildiyiniz kimi 2016-cı ildən bəri Corcina Rodriqez ilə ciddi münasibətdədir.

Ancaq ötən gün Ronaldu ilə bağlı başqa bir hekayə ortaya çıxdı. İspaniyalı aktrisa Sonya Monroy portuqaliyalı futbolçu ilə birdən çox gecə keçirdiyini etiraf edib.

Monroy Kriştianudan yaşlıdır – onun artıq 50 yaşı var. Yaşına baxmayaraq, Sonya hələ də populyardır. Aktrisa, müğənni, aparıcı və bloqqerin sosial şəbəkələrdə yarım milyondan çox izləyicisi var.

Aktrisa münasibətləri ilə bağlı belə deyib: “Kriştianu Ronaldu mənim yuxusuz gecələrimin səbəbkarıdır. Mən onu çox sevirdim, amma… Mümkün deyildi və bu hekayə bitdi”.

Həmin kateqoriyadan