- Baxış sayı: 62
- 19 Dekabr 2025 11:14
- Baxış sayı: 141
- Dekabr 19, 2025
- 0


2019-cu il üçün təsdiq olunmuş vahid idman təqvim planına əsasən şosse velosipedinin kriterium ötüşməsi üzrə Bakı çempionatı keçirilib. Allsport.az saytı xəbər verir ki, veloparkda təşkil edilən yarışda klub və cəmiyyətlərin 70-ə yaxın idmançısı iştirak edib. 15 yaşadək oğlanlar arasında respublika olimpiya velosiped məktəbinin yetirməsi Hüseyn Nərimanov, qızlar arasında isə 7 saylı olimpiya velosiped məktəbinin üzvü İradə Əbdürəhmanova bütün rəqiblərini qabaqlamaqla 1-ci yeri tutub.
U-17 yaş kateqoriyasında müvafiq olaraq ROVM və 7 saylı OVM-in təmsilçiləri Nikita Sıtovla Viktoriya Sidorenko aralıq finişlərində daha çox xal toplamaqla 1-ci yerə layiq görülüblər. Gənc qızlar arasında Elfanə Camalova fəxri kürsün ən yüksək pilləsinə qalxıb.
Oğlanların gənclər və U-23 yaş kateqoriyasında isə gərgin mübarizə “Neftçi” İdman Klubu İctimai Birliyinin yetirməsi Mahmud Məmmədovun (“Lviv” Cycling Team) hamını qabaqlaması ilə yadda qalıb. Fərqlənən idmançılar medal və diplomla təltif ediliblər.