- Baxış sayı: 68
- 03 Avqust 2026 19:39
- Baxış sayı: 209
- Avqust 05, 2026
- 0

Azərbaycan velosiped idmanı federasiyasının 2025-ci il üçün təsdiq edilmiş vahid idman təqvim planına əsasən, MTB-nin enduro növü üzrə federasiya kuboku keçirilib.
Allsport.az xəbər verir ki, teleqüllə yaxınlığındakı parkda təşkil olunan yarışda 30-dan artıq idmançı mübarizə aparıb.
2008-ci il və daha yuxarı təvəllüdlü həvəskar idmançılar arasında Qəhrəman Hacızadə fəxri kürsünün 1-ci pilləsinə qalxıb. Əli Hacıyev 2-ci, İbrahim Əliyev isə 3-cü yeri tutub.
2009-cu il təvəllüdlü və daha gənc idmançılar arasında respublika olimpiya velosiped məktəbinin təmsilçiləri Tahir Quluzadə, Toğrul Məmmədli və Ayaz İsgəndərli müvafiq olaraq ilk 3 pillədə qərarlaşıblar.
Fərqlənən idmançılar Azərbaycan velosiped idmanı federasiyası tərəfindən medal, diplom və hədiyyələrlə təltif ediliblər.