- Baxış sayı: 39
- 10 Aprel 2025 20:19
- Baxış sayı: 109
- Aprel 11, 2025
- 0
Bakı dövlət cıdır meydanında kross qaçışı üzrə paytaxt çempionatı keçirilib. Allsport.az saytı xəbər verir ki, yarışda 92 atlet mübarizə aparıb.
Yekun nəticələrə görə, qadınlarda Veronika Antropova (1 km, “Təhsil”) Tutuxanım İsrafilova (2 km, “Rekord”), Fərqanə Sadıxova (4 km, “Məhsul”), Anna Yusupova (6 km, “Sərhədçi”) 1-ci yerə çıxıblar.
Kişilərdə Səid Məmmədov (2 km, “Rekord”), Mahmud Mehdiyev (3 km), Yevgeni Mordakov (6 km, hər ikisi – “Məhsul”), Elman Abışov (10 km, “Rekord”) qalib olublar.
Veteranlarda Məmməd İsmayılov (“Spartak”) və Ceynur Əhmədov (BMC) qızıl medal qazanıblar.
Komanda hesabında “Rekord” idman klubu 1-ci yeri tutub.