“Kubok başqa bir prestijdir”

Azərbaycan kubokunun finalı öncəsi bu gün “Qarabağ” klubunun mətbuat konfransı keçirilib. Allsport.az saytı xəbər verir ki, baş məşqçi Qurban Qurbanov “Zirə” ilə sabahkı oyun barədə bunu deyib:

“Çox istərdim ki, nəticədən asılı olmayaraq azarkeşlər üçün baxımlı oyun olsun. Çox ciddi rəqibə qarşı oynayırıq. Bizim “Zirə”yə qarşı hər oyunumuz asan olmayıb. Xüsusilə də son görüşlər. Çox yaxşı idman formasında olan komandaya qarşı oynayacağıq.

“Zirə” çempionatda 2-ci yeri tutan komandadır. Çox yaxşı, çox böyük nəticə əldə ediblər. Demək olar ki, finalı daha rahat oynayacaqlar. Kubok başqa bir prestijdir. Hər bir futbolçu istəyər ki, ölkə kubokunu başı üzərinə qaldırsın.

Çalışdıq ki, komandanı bu matça hazır edək. Nəticə üçün ən yaxşısını və düzünü etməyə və azarkeşlər üçün baxımlı oyun göstərməyə çalışacağıq”.

Həmin kateqoriyadan