Kubokun püşkü atıldı

İngiltərə futbol assosiasiyasının rəsmi saytı 2025/26-cı illər mövsümü üçün ölkə kubokunun 1/4 final mərhələsinin püşkatma nəticələrini elan edib.

Allsport.az xəbər verir ki, aprelin 4-ü və 5-də keçiriləcək bu mərhələdə azarkeşləri “Mançester Siti” – “Liverpul” qarşılaşması timsalında erkən final gözləyir.

Digər cütlüklərdə isə “Sauthempton” – “Arsenal”, “Çelsi” – “Port Veyl” və “Vest Hem”/”Brentford” cütünün qalibi ilə “Lids” komandaları üz-üzə gələcək.

Turnirin son qalibi finalda “Mançester Siti”ni 1:0 hesabı ilə məğlub etmiş “Kristal Pəlas” klubudur.

Həmin kateqoriyadan