- Baxış sayı: 33
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 100
- Fevral 06, 2026
- 0

Yeni mövsümünə Avstriyada hazırlaşan “Qəbələ” məşqlərini davam etdirir. Allsport.az saytı xəbər verir ki, hazırlığın 2-ci mərhələsini Zalsburq bölgəsində gerçəkləşdirən “qırmızı-qaralar” gündə 2 məşq keçir. Roman Qriqorçukun komandası iyunun 30-da növbəti yoxlama oyununda qüvvəsini sınayacaq.
İkinci toplanışda ilk matçına çıxacaq “Qəbələ” mövsümlərarası dövrdə ümumilikdə 6-cı görüşünü keçirəcək. “Qırmızı-qaralar” Albaniyanın “Kukesi” klubu ilə qarşılaşması planlaşdırılsa da, rəqib dəyişib.
Gümüş mükafatçı bu gün Avstriyanın “Qrodiq” komandası ilə görüşəcək. 1948-ci ildə yaradılan bu komanda Avstriya çempionatının regionalliqasının qərb zonasında çıxış edir.