- Baxış sayı: 20
- 22 Mart 2026 12:12
- Baxış sayı: 233
- Mart 19, 2026
- 0

AFFA-nın təşkilatçılığı, UEFA-nın dəstəyi ilə kütləvi futbol həftəsi çərçivəsində Şəmkirdə yerləşən Heydər Əliyev mərkəzinin ərazisində 10-12 yaşlı uşaqlar üçün futbol festivalı keçirilib. Allsport.az saytı xəbər verir ki, 60-a yaxın uşağın qatıldığı festivalda iştirakçılar futbol oynayıb, əyləncəli vaxt keçirib.
Festivalın sonunda iştirak edən hər bir uşağa UEFA tərəfindən göndərilən toplar hədiyyə olunub. Hədiyyələri uşaqlara KFD-in rəhbəri Fərrux İsmayılov və departamentin mütəxəssisi Orxan Mikayıllı təqdim edib. UEFA-nın növbəti belə tədbiri Qusar rayonunda və Lənkəran şəhərində keçiriləcək.