- Baxış sayı: 39
- 05 Avqust 2026 23:23
- Baxış sayı: 154
- Avqust 05, 2026
- 0

“Qəbələ” premyer liqanın 25-ci turunda səfərdə “Turan Tovuza” 2:3 yenilib. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında qonaqların baş məşqçisi Kaxaber Sxadadze bunu deyib:
“İlk növbədə Azərbaycan xalqını Novruz və Ramazan bayramı münasibətilə təbrik edirəm. Oyuna gəlincə, ən böyük problemimiz axmaq qollar buraxmağımızdır. Bizi oyun və mübarizə baxımından üstələmirlər, sadəcə qapımızda bəsit qollar görürük. Konsentrasiyanı itiririk.
Azarkeşləri başa düşürəm, istənilən halda nəticəyə baş məşqçi cavabdehdir. Mən cavab verməkdən qorxmuram. Rəqiblər bizi hansısa komponentdə üstələsə, taktiki və ya fiziki baxımdan, başa düşmək olardı. Amma bunu görmürəm.
Birinci dəfə deyil ki, bəzi futbolçular konsentrasiyanı itirirlər. İndi istirahət edib hazırlaşmaq üçün vaxtımız var. Təqvim olaraq çox ağır dönəmdən keçdik. Qarşıdakı 3 oyunda yaxşı nəticələr əldə edib vəziyyəti düzəltməliyik”.