- Baxış sayı: 52
- 06 Noyabr 2024 17:20
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Mövsümün əvvəli “Uillyams” komandasının sürücüsü Ləns Stroll üçün uğurlu olmayıb. Allsport.az saytı xəbər verir ki, kanadalı idmançı ilk xalını yalnız vətəndə, Monreal qran-prisində qazanıb. Çoxları bu çıxışdan sonra onda özünə inam yarandığını gördü və Bakı fəxri kürsüsü bunu təsdiqlədi. Gənc pilot həmkarlarımızla söhbətdə bunu deyib:
“Yürüşlərimdə nəyinsə dəyişdiyini güman etmirəm. Bir neçə yürüşdə mexaniki problemlər və qəzalar səbəbindən mənimki gətirmədi. Kanada və Bakıda bu cür hallar baş vermədi və ona görə də yaxşı nəticəyə nail oldum.
Mənə elə gəlir ki, nəyə qadir olduğumu Bakıda sübut etdim. Əlbəttə, bu, cəmi bir yürüşdür, heç də bütün qran-prilər belə olmayacaq. Lakin düşünmürəm ki, yalnız iki ildən sonra stabil çıxış etməyə başlayacağam. Mən hər yürüşdə özümü təkmilləşdirəcəyəm.
Valtteri Bottasın ötməsi isə bir neçə amillə bağlıdır. Məsələn, o, DRS-dən istifadə edə bilib və onun mənə çatması üçün vaxtı çox olub. Mən də var gücümlə çalışdım və mübarizə gərgin keçdi. Mövqeyimi itirdim, lakin bu da yürüşün bir hissəsidir. Əgər bunu həmin günün ən pis anı hesab etsək, onda işlər o qədər də pis getmir”.