La liqada mövsümün rəmzi heyəti

La liqa çempionatın rəsmi saytında azarkeşlərin liqada mövsümün simvolik komandasını müəyyən edə biləcəyi səsverməyə başlayıb.

Allsport.az xəbər verir ki, 40 futbolçunun yer aldığı siyahıya 38 yaşlı “Sevilya”nın müdafiəçisi Serxio Ramos, ukraynalı “Real Madrid”in qapıçısı Andrey Lunin, “Barselona”nın 16 yaşlı yarımmüdafiəçisi Lamin Yamal, “Mançester Yunayted”dən icarəyə götürülmüş “Xetafe”nin hücumçusu Meyson Qrinvud da daxildir eləcə də “Jirona”nın ukraynalı hücumçusu Artem Dovbik.

Qapıçılar: Unai Simon (“Atletik”), Andrey Lunin (“Real”), Alvaro Valles (“Las Palmas”).

Müdafiəçilər: Ronald Araujo, Joao Kanselo (hər ikisi “Barselona”), Migel Qutyerres, İan Couto, Daley Blind (hamısı “Jirona”), Serxio Ramos (“Sevilya”), Mika Marmol, Sergi Cardona (hər ikisi “Las Palmas”), Axel Witsel (“Atletiko”) , German Pessella (“Betis”), Robin Le Normant (“Real Sosyedad”), Dieqo Riko (“Xetafe”), Oscar Mingueza (“Selta Viqo”), Daniel Karvaxal, Antonio Rudiger (hər ikisi “Real”), Dani Vivian (“Atletik”).

Yarımmüdafiəçilər: Pepelu (“Valensiya”), İsko (“Betis”), Subimendi (“Real Sosyedad”), Kuirian Rodriges (“Las Palmas”), Frenkie de Yonq, İlkay Gündoğan (hər ikisi “Barselona”), Aleix Qarsiya (“Jirona”), Federiko Valverde, Toni Kroos, Jude Bellinqhem (hamısı “Real”), Aleks Baena (“Vilyarreal”), İniqo de Qalarreta (“Atletik”).

Hücumçular: Robert Levandovski, Lamin Yamal (hər ikisi “Barselona”), Antuan Qrizmann, Samuel Lino, Alvaro Morata (hamısı “Atletiko”), Borxa Mayoral (“Xetafe”), Vinisius Junior, Rodriqo (hər ikisi “Real”), Yussef En-Neseri (“Sevilya”), Takefusa Kubo (“Real Sosyedad”), Savio, Artem Dovbik (hər ikisi “Jirona”), Niko Uilyams, İnyaki Uilyams (hər ikisi “Atletik”), Luis Roxa (“Alaves”), Ante Budimir (“Osasuna”), Xerard Moreno (“Vilyarreal”).

Həmin kateqoriyadan