- Baxış sayı: 35
- 22 Fevral 2026 19:03
- Baxış sayı: 60
- Mart 02, 2026
- 0

Bədii gimnastika üzrə Rusiya çempionatının təsnifat mərhələsinin ilk günü gözlənilməz nəticələrlə yadda qalıb.
Allsport.az xəbər verir ki, halqa və top hərəkətlərindən sonra hazırkı çempion Mariya Borisova 30,600 balla liderliyi ələ keçirib.
Yeva Kononova (29,400) ikinci, Vladislava Şaronova (28,300) isə üçüncü pillədə qərarlaşıb.
Günün əsas sürprizi favorit Lalə Kramarenkonun uğursuzluğu olub. Cəmi 24,400 bal toplayan gimnast 27-ci yerə enib. Bu nəticə ilə o, fərdi növlər üzrə finaldan kənarda qalıb və çoxnövçülük təsnifatını riskə atıb.