Lando Norris: Bakı trası yenə çox çətin ötüşmələrdən biri kimi qalır

“Maklaren” komandasının sürücüsü Lando Norris, Bakıda şəhər trasından danışıb. Allsport.az saytı xəbər verir ki, o, Azərbaycan mükafat yarışı haqqında belə deyib: “Nəticələr daim dəyişir. Bəzi hallarda “Alfa Romeo” bizdən öndə idi. Bəlkədə, onların maşınları bu mövsüm bizdən daha sürətli idi.

Bəzi yarışlarda “Haas” daha sürətli idi. Bizim maşınımız Bəhreyindən başqa, bütün traslarda sürətli olmaqla bizə hər yarışda xal uğrunda mübarizə aparmağa imkan verdi. Monako yarışında biz “Mersedes”i qabaqladıq. Sürət baxımından orta qrupda gərgin mübarizə gedirdi, nəticədə 4-cü, sonra 5-ci pilləyə qalxdıq.

Bakı trasında düz xətlərdə yüksək sürət müşayiət olunur. Lakin əyləc zamanı avtomobilə olan inam çox önəmlidir. Avtomobilin yaxşı vəziyyətdə olması, onun bütün küçə yollarında idarə olunmasında önəmli rol oynayır. Şəhər trasında döngələrdə səhv etmə ehtimalı çox yüksəkdir. Bu mövsüm Monako yarışında əyləcdə və bolidlərdə müşayidə olan problemlər bütün sürücülər üçün çox çətin sınaq oldu.

Monako qran-prisini heç vaxt bu qədər çətin keçirtməmişdik. Bakıda vəziyyət o qədər də kritik deyil. Fərqli parametrlər, aşağı enmə gücü 2-həftə əvvəlki narahatçılıq olmamalıdır, lakin Bakı trası yenə çox çətin ötüşmələrdən biri kimi qalır”.

Aynur MEHDİYEVA

Həmin kateqoriyadan