Laportanın əyləncəsi uzun çəkib

Allsport.az xəbər verir ki, Kataloniya təmsilçisinin keçmiş baş məşqçisi Xosep Qvardiola klubu çempionluqları münasibəti ilə təbrik edib.

“Baş məşqçi Xaviyə və prezident Laportaya təbrik göndərdim. Hələ də mənə cavab verməyib. Laportanı tanıdığım üçün təsəvvür edə bilərəm ki, o hələ də əylənir.

“Barselona” “Espanyol”u məğlub edərək la liqanı qazanandan qısa müddət sonra Joan Laporta şampanla duş qəbul edib. Mən bunun sadəcə əyləncəsinin başlanğıcı olduğunu düşünürəm” – deyə Pep bildirib.

Hər halda Pepdən belə sözlər eşitmək təəccüblüdür. Mövsümün ən vacib oyunlarından qabaq onun hələ də həyatının klubu haqqında xüsusi bir şey deməyə vaxtı var.

“Barselona” çempionatın bitməsinə 4 oyun qalmış bu titula sahib çıxıb.

Həmin kateqoriyadan