Laporta : “Heç bir problem olmayacaq, o, klubun adamıdır”

Allsport.az xəbər verir ki, “Barselona”nın prezidenti Joan Laporta baş məşqçi Xavinin müqaviləsinin uzadılması ehtimalından danışıb:

“Biz istəyirik ki, bu çempionat yeni uzun kuboklar dövrünün başlanğıcı olsun. 

Oyunçular, Xavi, heyət, klub işçiləri, idarə heyəti üzvləri – hamımız daha güclü bir komanda yaratmaq üçün birlikdə işləməyə davam edəcəyik.

Xavinin müqavilə yeniləməsində heç bir problem olmayacaq. O, klubun adamıdır. Xavi hansı şəraitdə olduğumuzu çox yaxşı başa düşür. Onun “Barselona”nın baş məşqçisi olmaq istədiyi açıq-aşkar görünürdü. Bəlkə də istədiyimdən daha çox. Xavinin Qvardiola ilə çox oxşar cəhətləri var”.

Həmin kateqoriyadan