Laporta istefa verir?

“Barselona”nın prezidenti Xoan Laporta istefaya çağırılıb.

Allsport.az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.

Laportaya Kataloniya klubunun prezidentliyə keçmiş namizədi Viktor Font məktub yazıb. O, müraciətində funksioneri vəzifəsindən getməyə çağırıb.

O, buna səbəb kimi “klubun keçdiyi çətin an”, “2021-ci ildən bəri zəif nəticələr” və “yanlış idarəetmə qərarlarını” göstərib.

O, həmçinin hesab edir ki, Xavinin mümkün qovulması ilə bağlı vəziyyət “Barselona”nın imicinə mənfi təsir göstərir.

Həmin kateqoriyadan