- Baxış sayı: 82
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 82
- Dekabr 05, 2025
- 0

Avroliqanın qrup mərhələsinin 3-cü turunda təmsilçimiz «Qarabağ» səfərdə «Monako»nun qonağı olacaq. Allsport.az saytı xəbər verir ki, rəqibin hücumçusu Lasina Traore oyun öncəsi mətbuat konfransında öz fikrini bildirib:
«Qarabağ»ı məğlub edərək qrupda ilk qələbəmizi qazanmaq istəyirik. Bizi çətin qarşılaşma gözləyir, ancaq bu oyunda xal itirmək fikrimiz yoxdur. Yalnız 3 xal üçün meydana çıxacağıq.
Zədəmi sağaltdıqdan sonra özümü daha yaxşı hiss edirəm. Sabah əlimdən gələni edəcəm ki, komandama kömək edim».
Qeyd edək ki, «Monako» — «Qarabağ» matçı bu gün saat 22:00-da start götürəcək.