- Baxış sayı: 22
- 24 Noyabr 2024 11:25
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Latviya millisinin baş məşqçisi Daynis Kazakeviç, Azərbaycan və Küveyt komandaları ilə yoldaşlıq görüşlərindən söz açıb. Allsport.az saytı xəbər verir ki, 41 yaşlı mütəxəssis bu qarşılaşmalarınonun komandasının inkişafına kömək olacağını düşünür:
“Qarşıdakı yoldaşlıq görüşlərində məqsəd iyunda keçiriləcək millətlər liqasına mümkün qədər yaxşı hazırlaşmaq olacaq. Küveyt və Azərbaycanın rəqib seçilməsindən, həmçinin oyunların təqvimindən razıyam. Ötənilki üslubu nəzərə alsaq, ustalıq və inkişaf üçün bu matçlar bizim üçün vacibdir. Əlbəttə ki, oyunlar zamanı müəyyən dəyişikliklər olacaq. Amma bu, rotasiya sayılmamalıdır”.
Qeyd edək ki, Latviya yığması martın 25-də Küveytlə, 29-da isə Azərbaycanla qarşılaşacaq.