- Baxış sayı: 38
- 19 Dekabr 2025 23:49

- Baxış sayı: 157
- Dekabr 19, 2025
- 0


“Neftçi” premyer liqanın 15-ci turunda “Səbail”ə 3:1 qalib gəlib. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Laurentsiu Regekampf qələbəyə belə şərh verib:
“Oyuna yaxşı başladıq və ilk yarıda diqtə edən tərəf idik. Tempi dəyişib, daha sürətli oynayaraq növbəti qolları vuracağımız epizodlar var idi. 2-ci qoldan sonra növbəti 10 dəqiqə çox faciəvi keçdi. Öz qapımızda qol gördük.
10 dəqiqə ərzində heç nə etmədik, heç nə ilə yadda qalmadıq. Beləliklə, rəqibə 2-3 böyük qol fürsəti verdik. Bunlar baş verməməlidir. Komandamızda kifayət qədər təcrübəli və səviyyəli oyunçular var. Yaxşı ki, bu gün 3 xal qazandıq”.