- Baxış sayı: 34
- 27 Noyabr 2024 23:48
- Baxış sayı: 38
- Noyabr 26, 2024
- 0
Premyer liqanın 16-cı turunda “Qəbələ” – “Səbail” oyunundan sonra (2:0) meydan sahiblərinin baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib. Allsport.az saytı sizi 42 yaşlı mütəxəssisin fikri ilə tanış edir:
“Oyunun çətin keçəcəyini bilirdik. “Səbail”in sonuncu yerdə qərarlaşmasına baxmayaraq, həmişə təhlükə olaraq qalır. Bu rəqib meydanda sürpriz edə biləcək gücdədir. Komandanı ağır oyuna hazırlamışdıq.
Bilirdik ki, qalib gəlmək üçün oyuna maksimum köklənməliyik. Düşünürəm ki, futbolçular verilən tapşırıqları yerinə yetirdi və layiqli qələbə qazandıq. Ümumi götürsək ilk yarıda da 4-5 real qol imkanımız oldu. Onları dəyərləndirsəydik, fərqli oyuna baxardıq.
Amma futboldur, hər imkandan yararlanmaq mümkün deyil. İstədiyimi meydanda görürdüm. Komanda meydanda nə etmək istədiyini göstərirdi”.