“Layiqli qələbə qazandıq“

“Qəbələ” Azərbaycan kuboku 1/4 final mərhələsinin cavab oyununda “Araz-Naxçıvan”a 2:0 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib. Allsport.az xəbər verir ki, “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyev oyun haqda danışıb:

“Yaxşı mübarizəli oyuna şahid olduq. Hər iki komanda meydanda yaxşı mübarizə apardı. Sevindiricidir ki, komanda şəklində oyundan qopmadıq. Futbolçular hər iki hissədə istədiyimiz futbolu göstərməyə çalışırdılar. Düşünürəm ki, layiqli qələbə qazandıq.

Yolumuza davam edirik. Komandamızı təbrik edirəm. Əlbəttə ki, daha yaxşı olmağa çalışırıq. Komandaya inanırıq. Bu durumdan çıxmalıyıq. Getdikcə həm oyun, həm nəticə baxımından daha yaxşı “Qəbələ” görəcəyimizə inanırıq. İndiki halda çətin durumdayıq. Amma nə mən, nə komanda turnirləri ayırmırıq, sonadək hər ikisində mübarizə aparacağıq”.

Həmin kateqoriyadan