“Lazımi anda qolları vurduq və təşəbbüsə yiyələndik”

Bu gün “Araz-Naxçıvan” premyer liqanın 11-ci turunda “Qarabağ”a 2:1 qalib gəldi. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında “ağlar”ın baş məşqçisi Azər Bağırov qələbəyə belə şərh verib:

“”Qarabağ” böyük komandadır və onlara qarşı oynamaq hər birimizə zövq verir. Həm birinci dövrədəki, həm də bugünkü oyunda üstün tərəf onlar olsa da, şans bizim tərəfimizdə oldu. Lazımi anda qolları vurduq və təşəbbüsə yiyələndik.

Rəqibimizin Avropa liqası oyunda iştirak etməsi də bizim xeyrimizə işlədi, çox qaça bilmədilər. Qələbə münasibəti ilə komandamı təbrik edirəm. Uşaqlara da dedim ki, işimiz bundan sonra daha çətin olacaq”.

Həmin kateqoriyadan