- Baxış sayı: 24
- 10 Mart 2026 13:24
- Baxış sayı: 296
- Mart 05, 2026
- 0

“Qarabağ”ın futbolçusu Leandro Andrade premyer liqada 40-cı qolunu vurub.
Allsport.az xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçinin yubiley qolu 127-ci oyununa təsadüf edib.
O, Azərbaycan premyer liqasının XXIII turunun “Araz-Naxçıvan”la görüşündə (6:0) dubl müəllifi olub. Leandronun ilk qolu yubiley xarakterli olub. İkinci dəfə fərqlənməklə isə Azərbaycan çempionatlarındakı göstəricisini 41-ə çatdırıb.
Premyer liqada 2021/22 mövsümündə debüt edən və yalnız “Qarabağ”da çıxış edən Andrade turnirin tarixinə 40 və daha çox qol vuran 70-ci futbolçu kimi düşüb. Yarımmüdafiəçi 41 qol vuran Samir A. Məmmədov, Fazil Əsədov, Leandro Qomeş, Baqali Daboya şərik çıxıb.